Marsa qar yağıb



 14:12 04.05.2023     304

Çinin Zhurong kosmik gəmisinin məlumatlarını araşdıran elm adamları Marsda aşağı enliklərdə yaşayış üçün şəraitin olduğuna dair məlumatlar əldə ediblər.

Demedia.az xəbər verir ki, bu kəşfə qədər Marsda suyun yalnız bərk və ya qaz halında ola biləcəyi ilə bağlı təsəvvürlər var idi. Bu kəşf kosmik gəminin eniş yerindəki qum təpələrinin morfoloji xüsusiyyətlərini və mineral kompozisiyalarını təhlil edərək həyata keçirilib. “Science Advances” elmi jurnalında dərc edilən araşdırma, təxminən 400000 il əvvələ qədər Marsda qar və ya şaxtanın olduğunu ortaya qoyub.

Tapıntılara görə, 1,4 milyon ilə 400 min il əvvəl qum təpələrindəki duzlar qarın aşağı temperaturda əriməsinə səbəb olub. Nəticədə planetin səthində duzlu maye su peyda olub.

Bahadu Seyidov