Blinken Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi verəcəklərini açıqladı



 14:52 04.05.2023     324

ABŞ-ın dövlət katibi Antoni Blinken Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi verəcəklərini açıqlayıb.

Demedia.az xəbər verir ki, Blinken yazılı açıqlamasında "Ukraynalı tərəfdaşlarımızın Rusiyanın təcavüzkar müharibəsinə qarşı onların yanında olmağa davam edəcəyik" deyə qeyd edib.

“Prezident Co Baydendən aldığım icazəyə uyğun olaraq, mən ABŞ-ın inventarından Ukraynaya 300 milyon dollar dəyərində silah və avadanlıq tədarükü ilə bağlı əməliyyatı təsdiq edirəm. ABŞ və müttəfiqləri Rusiya müharibəni bitirənə qədər Ukraynaya dəstəyini davam etdirəcək” – Blinken yazıb.

Qeyd edək ki, Pentaqon 300 milyon dollarlıq paketin məzmunu paylaşıb.

Paketə Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) sursatları, 155 mm-lik haubitsa sistemi və mərmilər, 120, 80 və 60 mm-lik minaatan mərmiləri, “TOW” və AT-4 tank əleyhinə raketlər və Hydra-70 hava raketləri daxildir.

Bahadur Seyidov