İngiltərədə YENİ MƏRHƏLƏ: Kral Çarlzın tacqoyma mərasimi...



 18:00 04.05.2023     675

İngiltərə kraliçası II Elizabet 8 sentyabr 2022-ci ildə vəfat etdikdən sonra kartlar Böyük Britaniyada yenidən paylandı.

Anasının ölümündən sonra taxta çıxan şahzadə Çarlz adanın yeni hökmdarı oldu. Əvvəllər Kral III Çarlzın tacqoyma mərasiminin 2023-cü ilin mayında keçiriləcəyi deyilirdi. May ayına qədəm qoyarkən, mərasim üçün geri sayım başladı.

Cəmi bir neçə gün sonra keçirilməsi gözlənilən tacqoyma mərasiminin tarixi əhəmiyyət daşıyacağına diqqət çəkilsə də, mərasimlə bağlı bir çox detallar da maraq doğurur. Mərasimə kimin dəvət edildiyi, baş tutacaq mərasimlərin təfərrüatları kimi bir çox sual işarələri təkcə İngiltərədə deyil, bütün dünyada maraqla izlənilir. 

Anası Kraliça II Elizabetin matəmindən sonra yavaş-yavaş taxtda ağırlığını hiss etməyə başlayan Kral III Çarlz və Consort Queen Camilla əslində bu mərasimi çoxdan gözləyirdilər. Kral olmağa çox da həvəsli görünməməyə çalışan Çarlz bunu həmişə gözləyirdi və arzulayırdı. Ona görə də mərasimin bayram əhval-ruhiyyəsində keçəcəyini söyləmək çətin deyil.

Kral və həyat yoldaşı məşhur ABŞ aktyoru Tom Kruz da daxil olmaqla, təxminən 2000 nəfəri mərasimə xüsusi olaraq dəvət ediblər. Yerli vaxtla saat 11:00-da Westminster Abbeydə baş tutacaq mərasim üçün artıq hər kəs çox həyəcanlıdır. 

Aysun / Demedia.az