Metroda DƏHŞƏT: Sərnişini boğaraq öldürdü



 18:31 04.05.2023     442

ABŞ-ın Nyu-York ştatında polis tərəfindən öldürülən Corc Floydun işinə bənzər qalmaqal yaşanıb.

Demedia.az xəbər verir ki, bir vaxtlar Tayms Meydanında çıxış edən, istedadlı Maykl Ceksonu təqlid edən Cordan Neely son illərdə evsiz qalıb.

Nyu-Yorkda qatara minən və evinə getmək istəyən Neely öləcəyindən xəbərsiz idi. Metroda 24 yaşlı keçmiş ABŞ dəniz piyadası ilə mübahisə edən Neely bir anda 3 nəfərin hücumuna məruz qalıb.

O boğularaq amansızlıqla öldürülüb. Xəstəxanaya aparılan Neely bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib, hadisə ABŞ-da böyük hiddət yaradıb.

Bir çox insanlar metroda insanların polisə zəng etməməsini tənqid edərkən, bəzi amerikalılar Neelynin ətrafdakı şəxslərin sakitcə hadisə baxması və reaksiya verməməsinə görə ağır ittihamlar səsləndirib.

Aysun / Demedia.az