Süni intellekt bütün dünyada İNQİLAB EDƏ BİLƏR



 20:01 04.05.2023     593

Gələcəyi formalaşdıran süni intellekt həyatın bütün sahələrinə sürətlə daxil olub.

Demedia.az xəbər verir ki, bu sahələrdən biri də siyasət dünyasıdır.

Yeni Zelandiya və Yaponiya kimi ölkələrdə seçki yarışına namizəd kimi qatılan süni intellekt tətbiqləri xüsusilə seçicilərin təhlili üçün istifadə edilə bilər.

Texnologiyanın dezinformasiyanın yayılmasında aparıcı rol oynadığı bilinir. Süni intellektə əsaslanan texnologiyalar inkişaf etdirən sahibkarlıq studiyası Cerebrum Techin təsisçisi və İdarə Heyətinin sədri Dr. Erdem Erkulun sözlərinə görə, bunun qarşısını almaq üçün süni intellektdən istifadə etmək mümkündür.

Dil modelləşdirməsi və deepfake kimi texnologiyalarda ən son inkişaflar sosial mediada botlar və saxta hesablar vasitəsilə yalan məlumatların yayılmasını asanlaşdıra bilər. Bununla belə, böyük verilənlərin təhlilində verdiyi imkanlarla süni intellekt seçki təhlükəsizliyi və dezinformasiya ilə mübarizəyə də töhfə verə bilər.

2018-ci ildə Yeni Zelandiyada keçirilən seçkilərdə "SAM" adlı tətbiq dünyanın ilk süni intellektli siyasətçisi kimi siyasətdə tarixə düşdü. SAM-ın iddiası ondan ibarətdir ki, o, istənilən vaxt və məkan məhdudiyyəti olmadan vətəndaşların problemlərini dinləyə bilər.

Aysun / Demedia.az