Peru ölkəyə qeyri-qanuni yollarla daxil olan mühacirləri deportasiya edir



 15:14 04.05.2023     284

Perunun baş naziri Alberto Otarola ölkəyə qeyri-qanuni yollarla daxil olan mühacirlərin deportasiya ediləcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, mediaya açıqlama verən Otarola sərhəd bölgələrində təhlükəsizliyin artırıldığını xatırladıb və hökumət olaraq ilk konkret tədbirləri həyata keçirdiklərini bildirib. Ölkədə qanuni işləyən əcnəbilərlə problem yaşamadıqlarını vurğulayan Otarola bildirib ki, dürüst işləyən əcnəbilər var və hökumət onların vəziyyətini asanlaşdırmaq üçün çalışır. Son zamanlar ölkədə cinayət hadisələrində artım olduğunu qeyd edən Otarolanın sözlərinə görə, cinayətlər ölkədə qəzəb doğurub.

Qeyd edək ki, Peru miqrant axınına qarşı sərhəd bölgələrdə fövqəladə vəziyyət elan edib.

Bahadur Seyidov