2023-cü ilin ən çox qazanan idmançıları açıqlandı



 22:05 04.05.2023     450

2023-cü ilin ən çox maaş alan idmançıları açıqlanıb.

Demedia.az xəbər verir ki, Forbes jurnalının hazırladığı siyahının ilk 10-luğu diqqət çəkərkən, ilk sırada adın qazancı heyrətləndiricidir. Bundan əlavə, Ronaldo 2017-ci ildən bəri bir ilkə imza atıb.

10) KEVİN DURANT - 89,1 MİLYON DOLLAR

9) ROGER FEDERER - 95,1 MİLYON DOLLAR

8) STEPHEN CURRY - 100,4 MİLYON DOLLAR

7) FİL MİKELSON - 106 MİLYON DOLLARr.

6) DUSTIN COHNSON - 107 milyon dollar

5) CANELO ALVAREZ - 110 MİLYON DOLLAR

4) LEBRON CEYMS - 119,5 MİLYON DOLLAR

3) KYLIAN MBAPPE - 120 MİLYON DOLLAR

2) LİONEL MESSİ - 130 MİLYON DOLLAR

PSJ ilə yol ayrıcına gələn və komandadan icazə almadan Səudiyyə Ərəbistanına gedən Lionel Messi 130 milyon dollar qazancı ilə 2-ci yerdədir. 2021-ci ildə "Barselona"dan ayrıldıqdan sonra PSJ ilə imzalanan argentinalı ulduzun müqaviləsi mövsümün sonunda başa çatır və artıq onun "Barselona"ya dönəcəyi ilə bağlı iddialar da var.

1) CRISTIANO RONALDO - 136 MİLYON DOLLAR

Siyahının başında “Əl Nəsr”də çıxış edən portuqaliyalı ulduz Kriştiano Ronaldo qərarlaşıb. “Mançester Yunayted”dən hadisəli şəkildə ayrıldıqdan sonra “Al Nassr”la göz oxşayan müqavilə imzalayan ulduz ad, digər idmançılarını da geridə qoyub. Forbes-in məlumatına görə, Ronaldo təxminən 75 milyon dollar maaş alır.

Futboldan kənar qazancı da olan portuqaliyalı ulduz 2017-ci ildən sonra ilk dəfə bu siyahıda birinci olub və əzəli rəqibi Messini geridə qoymağı bacarıb.

Aysun / Demedia.az