Təcavüzkarı öldürüb başıaşağı asdılar! - Dəhşətli HADİSƏ



 23:09 04.05.2023     618

Kartellərin hökm sürdüyü və tez-tez vəhşilik xəbərlərinin gündəmə gəldiyi Meksikada dəhşətli hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, yerli mətbuatın yazdığına görə, zorlamada təqsirləndirilən və adı məlum olmayan şəxs əvvəlcə vəhşicəsinə qətlə yetirilib, daha sonra yolda dəmir konstruksiyaya asılıb.

Yerli insanları dəhşətə gətirən görüntünün Meksikanın Çihuahua bölgəsindəki Casas Grandesdə yaşandığı bildirilib. Meyitin üzərində onun təcavüzkar olduğu üçün öldürüldüyünə dair karton üzərində yazılmış mesaj tapılıb. 

Mesajda həmin şəxsin 5 yaşlı uşağa təcavüz etdiyi barədə məlumat verilib və həmin şəxsin cinsi orqanının kəsilərək ağzına qoyulduğu qeyd olunub.

Aysun / Demedia.az