Fransada pensiya yaşının 62-yə endirilməsi ilə bağlı referendumun keçirilməsi tələbi rədd edildi



 15:58 04.05.2023     283

Fransada Konstitusiya Şurası parlamentarilərin pensiya yaşının 62-yə endirilməsi ilə bağlı referendumun keçirilməsi tələbini rədd edib.

Demedia.az xəbər verir ki, Fransanın keçmiş baş naziri Loran Fabiusun sədrlik etdiyi və ümumilikdə 9 üzvdən ibarət Konstitusiya Şurası pensiya yaşının aşağı salınması ilə bağlı referendumun keçirilməsi tələbini müzakirə edib. Şuranın məlumatına görə, parlamentarilərin təqdim etdiyi referendum tələbi konstitusiyanın 11-ci maddəsinə əsasən “islahat” təşkil etmədiyi üçün rədd edilib. Bildirilir ki,  prezident və müəyyən sayda parlamentarilər Fransanın iqtisadi və ya sosial siyasətində islahatlar təklif verə bilərlər.

Qeyd edək ki, Fransada pensiya yaşının 62-dən 65-ə qaldırılması ilə qanunun qəbulundan sonra etirazlar keçirilir.

Bahadur Seyidov