Kremlə hücum əmrini ABŞ verib - Peskov



 17:12 04.05.2023     304

Kremlin sözçüsü Dmitri Peskov pilotsuz təyyarələrlə Kremlə edilən hücumlarla bağlı ABŞ-ı günahlandırıb.

Demedia.az xəbər verir ki, o bildirib ki, bu cür terror aktları ilə bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev isə deyiləni edir. Bəzi ABŞ və Ukrayna rəsmilərinin hücumların "saxta" ola biləcəyi ilə bağlı açıqlamalarına reaksiya verən Peskov bildirib ki, hücumu inkar etmək cəhdləri son dərəcə gülüncdür. Hücumların arxasında ABŞ-ın olduğunu vurğulayan Peskov qeyd edib ki, hücum əmri ABŞ tərəfindən verilib.

“Kiyev hücum vasitələrini seçməkdə həmişə sərbəst deyil. Bu adətən okeanın o tayından müəyyən edilir. Biz bu vəziyyəti yaxşı bilirik” – Peskov deyib.

Bahadur Seyidov