Şimali Koreyada ABŞ əleyhinə aksiya keçirildi



 17:43 04.05.2023     303

Şimali Koreyada ABŞ və Cənubi Koreya arasında imzalanan “Vaşinqton Bəyannaməsi”nə qarşı nümayiş keçirilib.

Demedia.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi olan KCNA məlumat verib. Məlumata görə, Cənubi Koreya ilə sərhəddə yerləşən Kesonq şəhərində keçirilən nümayişlərə işçilər, ictimai təşkilatlar və həmkarlar ittifaqı üzvləri qatılıb. Nümayişdə Seul və Vaşinqtonu pisləyən bəyanatların yer aldığı plakatlar asılıb. Nümayişlər zamanı ABŞ Prezidenti Co Bayden və Cənubi Koreya prezidenti Yoon Suk-yeola oxşayan kuklalara od vurulub. Cənubi Koreya isə nümayişlərə etiraz edib.

“Kuklaların yandırıldığı etiraz aksiyası xəbərinin ölkənin rəsmi xəbər agentliyi tərəfindən açıqlanması çox üzücüdür”, - deyə Cənubi Koreyanın Birləşmə Nazirliyinin bəyanatında deyilir.

Bahadur Seyidov