Avropa İttifaqı Moldova və Gürcüstana 70 milyon avro ayırdı



 15:53 04.05.2023     310

Avropa İttifaqı Moldova və Gürcüstanın müdafiə sektorunu dəstəkləmək üçün ümumilikdə 70 milyon avro dəyərində əlavə yardım ayrılıb.

Demedia.az xəbər verir ki, yardım Avropa Sülh Fondu adlı maliyyə layihəsi çərçivəsində ayrılıb.

Avropa Şurasının açıqlamasına görə, Moldova və Gürcüstan ordularının imkanlarının modernləşdirilməsini dəstəkləmək və Avropa İttifaqının hərbi missiya və əməliyyatlarında iştirak imkanlarını artırmaq üçün iki ölkəyə üçüncü dəfə maliyyə ayrılıb. Bu çərçivədə Ukrayna ilə namizəd ölkə statusu almış Moldovaya 40 milyon avro, Gürcüstana isə 30 milyon avro yardım veriləcək.

Qeyd edək ki, Avropa İttifaqı Ukrayna, Moldova və Gürcüstan kimi Rusiyanın təhlükəsi altında olan ölkələrə hərbi yardım ayırmaq üçün istifadə edilən Avropa Sülh Fondunu təxminən 8 milyard avroya qədər artırmaq qərarına gəlib.

Bahadur Seyidov