Küveyt Sudana humanitar yardım göndərdi



 16:18 04.05.2023     305

Küveyt humanitar və tibbi yardım üçün qurulan “hava dəhlizi”ndən istifadə edərək, Sudana ilk uçuşunu həyata keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Küveytin Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilir ki, yardım uçuşları gündə bir dəfə olmaqla ardıcıl 4 gün davam edəcək. Məlumata görə, yardım qərarı Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah, vəliəhd Şeyx Meşəl əl-Əhməd əl-Cabir əs-Sabah və Nazirlər Şurası tərəfindən qəbul edilib.“Mövcud şəraiti nəzərə alaraq, qardaş ölkə Sudana təcili humanitar və tibbi yardım göndərilməlidir”, - Küveytin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, Küveyt Qızıl Aypara Cəmiyyəti, Xarici İşlər və Müdafiə Nazirliyi humanitar və tibbi yardımların ən qısa zamanda çatdırılması üçün birgə çalışır.

Bahadur Seyidov