Çindən ABŞ-a etiraz



 11:31 05.05.2023     303

"ABŞ təkcə Çini deyil, bir çox inkişaf etməkdə olan ölkələrin də qarşısını almağa çalışır".

Demedia.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning belə açıqlama verib. O bildirib ki, ABŞ-ın texnologiya, xüsusilə çip istehsalının qarşısını almaq və məhdudlaşdırmaq səyləri Çinin məqsədinə çatmasına mane olmayacaq. ABŞ-ın çip istehsalçılarının ən böyük bazarının Çin olduğunu deyən Mao Ning bildirib ki, ABŞ bir müddətdir hegemonluğunu qorumaq üçün milli təhlükəsizlik maraqlarını da pozur.

“İqtisadi təzyiqlər və məhdudiyyətlər Çinin inkişafını dayandıra bilməz. Bu, Çinin texnologiyada yenilikçi və özünü təmin etmək əzmini artırır. ABŞ inkişaf etməkdə olan ölkələrin haqqı olan inkişafı və texnoloji tərəqqini əlindən alıb” - Mao Ning deyib.

Bahadur Seyidov