Kolumbiyadan ABŞ-a etiraz
Kolumbiya ABŞ-Meksika sərhədində saxlanılan Kolumbiyadan olan mühacirlərin geri qaytarılması proqramını müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Demedia.az xəbər verir ki, bu barədə Kolumbiya Miqrasiya Agentliyinin direktoru Carlos Fernando Garcia açıqlama verib. O bildirib ki, hökumət bu qərarı ABŞ-ın mühacirlərə qarşı rəftarına etiraz olaraq qəbul edib.
Qarsiya qeyd edib ki, kolumbiyalı qeyri-qanuni mühacirlərlə yaxşı rəftar etmək öhdəliyi ABŞ-ın miqrasiya qurumları ilə razılaşmanın vacib hissəsidir. Kolumbiya vətəndaşlarının miqrasiya mərkəzlərində pis rəftara məruz qaldığını qeyd edən Qarsiya, hökumətin proqramı dayandırma qərarının verilməsində bu amilin ön plana çıxdığını vurğulayıb.
Bahadur Seyidov