Fueqo vulkanı püskürməyə başladı



 12:59 05.05.2023     301

Qvatemalada Fueqo vulkanının fəaliyyətə keçməsi ilə əlaqədar bölgədən 1054 nəfərin təxliyə edildiyi bildirilib.

Demedia.az xəbər verir ki, bu barədə rəsmi qurumlar açıqlama verib. Açıqlamada bildirilir ki, Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri olan 3763 metr yüksəklikdəki Fueqo yenidən aktivləşib. Açıqlamada isti kül buludlarının bölgədə 100 min insana təsir edə biləcəyi qeyd edilib. Mülki müdafiə rəsmisi Oskar Kossio qeyd edib ki, vulkanın yaxınlığındakı 5 yaşayış məntəqəsindən 1054 nəfər təxliyə olunaraq müvəqqəti sığınacaqlara təxliyə edilib.

Qeyd edək ki, 2018-ci ildə Fueqo vulkanının püskürməsi nəticəsində 194 nəfər həyatını itirib, 234 nəfər isə itkin düşmüş hesab edilib.

Bahadur Seyidov