Türkiyə ordusu İraq və Suriyada 13 terrorçunu məhv etdi



 15:42 05.05.2023     307

 “İraqın şimalında və Suriyada son 3 gündə 13 terrorçu zərərsizləşdirilib”.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib. 85 milyon insanın hüquq və mənafeyi üçün çalışdıqlarını bildirən Akar qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və AK partiya xaricdəki media qurumlarının hədəfindədir. Onun sözlərinə görə, Türkiyə ordusu ölkənin sərhədlərini müdafiə etmək üçün lazım olanı edir.

Böyük və qüdrətli Türkiyə üçün əzmlə çalışdıqlarını vurğulayan Akarın sözlərinə görə, bu səylərin qarşısında duran ən böyük təhlükə terrordur. Akarın sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri buna qarşı lazımi tədbirləri həyata keçirir.

Bahadur Seyidov