ABŞ süni intellekt tədqiqat institutu qurur



 16:12 05.05.2023     331

ABŞ administrasiyası ölkədə 7 yeni milli süni intellekt tədqiqat institutunun yaradılmasına 140 milyon dollar maliyyə ayıracağını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib. Açıqlamada ABŞ Prezidenti Co Baydenin süni intellektdə innovasiyaları daha da inkişaf etdirmək və insanların hüquqlarını və təhlükəsizliyini qorumaq üçün atdığı yeni addımlardan bəhs edilib. Açıqlamada bildirilir ki, süni intellekt dövrün ən güclü texnologiyalarından biridir.

Lakin, süni intellektin təqdim etdiyi imkanlardan yararlanmaq üçün ilk növbədə təhlükələri azaltmaq lazımdır. ABŞ-dakı süni intellekt tədqiqat institutunun sayının 25-ə çatdıracağı bildirilib.

Bahadur Seyidov