Çin NATO-ya etiraz etdi



 16:58 05.05.2023     327

Çinin Xarici İşlər Nazirliyi NATO-nun regionda ilk əlaqə ofisini Yaponiyanın paytaxtı Tokioda açmağı planlaşdırması ilə bağlı mətbuatda yayılan xəbərlərə reaksiya verib.

Demedia.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Asiya mübarizə meydanı deyil. Mao Ning Asiyadakı qonşu ölkələri ehtiyatlı olmağa çağırıb. Onun sözlərinə görə, Asiya geosiyasi rəqabət üçün mübarizə meydanı deyil, sülh və sabitlik sütunu, əməkdaşlıq və inkişaf üçün perspektivli regiondur.

"NATO-nun Asiya-Sakit Okean bölgəsinə davamlı müdaxiləsi regional sülh və sabitliyi pozacaq və münaqişəni alovlandıracaq" deyə Mao xəbərdarlıq edib.

Bahadur Seyidov