Çin qlobal güc olacaq - Borell



 17:12 05.05.2023     310

“Çinin qlobal güc statusuna yüksəlməsinə mane olmaq üçün Avropa vasitə olmamalıdır”.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell belə açıqlama verib. O bildirib ki, ABŞ-la sıx münasibətdən asılı olmayaraq Avropa İttifaqının Çinə öz yanaşması olmalıdır.

"Düşünürəm ki, biz avropalıların Çinə münasibətdə öz siyasətimiz olmalıdır.  Avropa Birliyinin Çinlə müqayisədə ABŞ-la daha yaxın münasibəti var. Lakin Avropa Birliyinin öz siyasəti olmalıdır. Məncə, Çinin yüksəlişinə qarşı olmamalıyıq. İstəsəniz də, istəməsəniz də Çin böyük güc olacaq. Önəmli olan Çinin öz gücünü necə idarə etməsidir".

Bahadur Seyidov