Gənc qızın fəlakətli sonu! - Elə halda tapıldı ki...



 21:34 05.05.2023     571

İtaliyanın cənubundakı Montefalcione şəhərində yaşayan Maria Antonietta Cutillo adlı gənc qızın ölümü dünyada sensasiya yaradıb.

Yerli mətbuatın yazdığına görə, gənc qız ölən zaman evdə valideyn olmadığından heç kim köməyə gələ bilməyib.

Sözügedən hadisədə gənc qız rəfiqəsi ilə telefonla danışarkən vannada duş qəbul edirdi. Telefonun vannaya düşməsi nəticəsində bədbəxt qızı elektrik cərəyanı vuraraq ölüb.

Mənbələr deyirlər ki, Cutillo bölgənin paytaxtı İrpiniyada yaxşı tanınır, atasının yerli qəssab dükanı buradadır. Ailəsi bölgədə yaxşı tanınan Mariya Antonietta Kutillonun faciəli ölümü şəhər əhalisini yas içində qoyub. Polis şübhəli ölümlə bağlı araşdırmalara başlayıb.

Aysun / Demedia.az