ABŞ Sudandan 2 min nəfəri təxliyə etdi



 17:28 05.05.2023     307

ABŞ Sudandan qurudan evakuasiya əməliyyatlarını tamamlayıb və bu müddətdə 1300-ü ABŞ vətəndaşı olmaqla 2 mindən çox insan təxliyə edilib.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət sözçünün müavini Vedant Patel belə açıqlama verib. O bildirib ki, təxliyə Müdafiə Nazirliyi və müttəfiqlərlə koordinasiyalı həyata keçirilib. Rəsmi qeyd edib ki, əksəriyyəti ABŞ vətəndaşları, işçilər və onların yaxın ailə üzvləri olan 2000-dən çox insan Sudanı tərk edib. Patel, ABŞ vətəndaşlarına Sudana səyahət etməmələri barədə xəbərdarlıq etdiklərini bildirib.

Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında mübarizə gedir. Tərəflər atəşkəs təklifini qəbul ediblər.

Bahadur Seyidov