Şimali Koreya kosmosa diqqəti artırıb



 10:46 08.05.2023     342

Şimali Koreyanın Tonqçanqri bölgəsində aerodorumda bəzi tikililərin söküldüyü və eyni ərazidə yeni strukturun inşasına başlandığı bildirilib.

Demedia.az xəbər verir ki, bu barədə Şimali Koreya ilə bağlı xəbər və təhlillərin yer aldığı “38 North” saytında peyk görüntülərinə əsaslanan hesabat dərc edilib. Bildirilib ki, Şimali Koreyanın inşa etdiyi yeni tikililərin detalları barədə məlumat yoxdur. Ehtimal edilir ki, yeni inşa edilən struktur peykin buraxılması üçün nəzərdə tutulan qurğunun modernləşdirilməsi və inkişaf etdirilməsi səylərinin bir hissəsi ola bilər.

Qeyd edək ki, Şimali Koreya kosmosla bağlı fəaliyyətini intensivləşdirdiyini açıqlayıb. Pxenyan ilk kəşfiyyat peykini də hazırlayıb.

Bahadur Seyidov