Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir mübadiləsi həyata keçirildi



 10:25 08.05.2023     307

Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir mübadiləsi həyata keçirilib.

Demedia.az xəbər verir ki, əsir mübadiləsində 45 Ukrayna və 3 Rusiya əsgəri azad edilib. Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin İnteqrasiya Nazirliyinin açıqlamasına görə, Rusiya tərəfindən əsir götürülən 45 hərbçi sərbəst buraxılıb. Onlardan 3-ü qadındır. Onların hamısı “Azov” birliyinin əsgərləridir.

Bəyanatda qeyd olunub ki, əsirlərin dəyişdirilməsi Ukrayna Prezidenti Administrasiyası, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyinin birgə səyləri ilə həyata keçirilib.

Bahadur Seyidov