Avropa İttifaqı Ukraynaya 1 milyard avro məbləğində yardım ayırdı



 11:52 08.05.2023     351

Avropa İttifaqı “Avropa Sülh Fondu” adlı maliyyə layihəsi çərçivəsində Ukraynaya silah-sursat dəstəyi üçün 1 milyard avro məbləğində yardım ayırıb.

Demedia.az xəbər verir ki, Avropa Şurasının açıqlamasına görə, yardım çərçivəsində Ukrayna ordusuna 155 mm-lik artilleriya mərmiləri tədarük ediləcək. Həmçinin tələb olunarsa, Ukraynaya Avropa İttifaqına üzv dövlətlərin Avropa müdafiə sənayesindən birgə tədarük edəcəyi raketlər veriləcək.

Sursat və raketlərin birgə tədarükü Avropa İttifaqı və ya Norveçdə yerləşən iqtisadi operatorlar vasitəsilə həyata keçiriləcək. Sursat və raket istehsalının Avropa İttifaqı və ya Norveçdə istehsal edilməsi dəstəklənəcək. Bu yardımla Avropa Birliyinin “Avropa Sülh Fondu” çərçivəsində Ukraynaya ümumi yardımı 5,6 milyard avroya yüksəlib.

Bahadur Seyidov