Vyetnamda rekord temperatur qeydə alındı



 14:58 08.05.2023     338

Vyetnamda temperatur 44 dərəcəni ötüb.

Demedia.az xəbər verir ki, bu, indiyə qədər Vyetnamda qeydə alınan ən isti temperatur olub. Rekord temperatur ölkənin şimalındakı Thanh Hoa bölgəsində müşahidə edilib. İctimaiyyətə günün ən isti saatlarında evdən çıxmamaq barədə xəbərdarlıq edilib. Regionun digər ölkələrində də çox yüksək temperatur müşahidə olunub. Taylandın qərbindəki Mak bölgəsində isə temperatur 44,6 dərəcə olub.

Bu, əvvəlki rekorda bərabər olub. Myanma mətbuatının məlumatına görə, ölkədə son 10 ilin ən yüksək temperaturu ölkənin şərqindəki qəsəbədə 43,8 dərəcə ilə müşahidə olunub.

Qeyd edək ki, cənubi-şərqi Asiya ölkələrində musson mövsümündən əvvəl isti dövr yaşayır. Lakin bu dəfə istilər rekord dərəcədə olub.

Bahadur Seyidov