Kamala Harris süni intellekt üzrə işçi qrupuna rəhbər təyin edildi



 15:48 08.05.2023     341

ABŞ-ın vitse-prezidenti Kamala Harris süni intellekt üzrə işçi qrupuna rəhbərlik edəcək.

Demedia.az xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib. Məlumata görə, Harris bu sahə üzrə aparıcı şirkətlərlə ortaq şəkildə həyata keçiriləcək yeni süni intellekt təşəbbüsünün rəhbəri təyin edilib. Bildirilir ki, Harris və Prezident Co Baydenin tabeliyində olan digər yüksək vəzifəli məmurlar “Alphabet”, “Anthropic”, “Microsoft” və “OpenAI” şirkətlərinin baş direktorları ilə görüşərək onlara yeniliklərin ictimaiyyətə təqdim edilməzdən əvvəl təhlükəsiz olduğundan əmin olmaq üçün öhdəliklərini xatırladacaqlar.

Ağ Evin bildirdiyinə görə, görüşün məqsədi şirkətləri məsuliyyətli, etibarlı və etik innovasiyalara təşviq etməkdir.

Bahadur Seyidov