Hindistanda turist gəmisinin batması nəticəsində azı 21 öldü



 16:15 08.05.2023     352

Hindistanın cənubundakı Kerala ştatında turist gəmisinin batması nəticəsində azı 21 nəfər həlak olub.

Demedia.az xəbər verir ki, xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayının arta biləcəyi deyilir. Məlumata görə, həddindən artıq yüklənmə ikimərtəbəli qayığın batmasına səbəb olub. Hadisə zamanı gəmidə 50 nəfərin olduğu bildirilir. Hindistanın baş naziri Narendra Modi tvitter səhifəsində başsağlığı verib və hadisəyə görə kədərləndiyini bildirib. Ölənlər arasında məktəblilər də var.

Xilas edilənlər yerli mediaya bildiriblər ki, hadisə zamanı sərnişinlərin əksəriyyəti xilasedici jileti geyinməyib.

Bahadur Seyidov