BMT-dən taxıl sazişi ilə bağlı çağırış



 17:05 08.05.2023     357

Birləşmiş Millətlər Təşkilatı tərəfləri taxıl sazişinin icrası və davam etdirilməsi üçün danışıqları davam etdirməyə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə BMT Baş Katibinin sözçüsü Fərhan Haq açıqlama verib. O mətbuat konfransında bildirib ki, İstanbuldakı Birgə Koordinasiya Mərkəzində yeni gəmilərin taxıl təşəbbüsünə qatılması ilə bağlı razılıq əldə olunmayıb. Lakin təşəbbüs daha əvvəl razılaşdırılmış gəmilərlə davam edir. Haq bildirib ki, BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebekka Qrinspan Moskvaya səfər edib. O, BMT ilə Rusiya arasında imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, Rusiya tərəfi taxıl sazişi ilə bağlı tərəflərin öhdəliklərə əməl etmədiyini bəyan edib.

Bahadur Seyidov