"Dünən İstanbul daha bir gözəl, bir başqa möhtəşəm idi" - Ərdoğan



 14:30 08.05.2023     341

"Bu günə qədər yalnız millətimizlə getdiyimiz kimi, bu gün də, sabah da sevgili millətimizlə yoldaş olmağa davam edəcəyik".

Demedia.az xəbər verir ki, bu sözləri Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" hesabında etdiyi paylaşımda yazıb.

O, paylaşımda "Dünən İstanbul daha bir gözəl, bir başqa möhtəşəm idi" - sözlərini vurğulayıb.

“Atatürk Hava Limanı Milli Bağçasında şəhərimizin 39 rayonundan olan 1 milyon 700 mindən çox vətəndaşımızla “Türkiyə bizə əmanət” dedik. Andımızı yenilədik, sevgimizi təzələyərək gücləndirdik, söhbətimizi, həmrəyliyimizi daha da qüvvətləndirdik.

Atatürk Hava Limanı keçdiyimiz əsrin əvvəlində ölkəmizin aviasiyada texnologiya hərəkətinin başladığı və hələ kök salmadan təkpartiyalı CHP tərəfindən tamamlandığı, mərhum Vecihi Hürkuşun xəyallarının dəfn olunduğu yer olub. Biz Vecihi bəyə edilənlərin oxşarının müdafiə sənayesi şirkətlərimizə də edildiyini görürük.

Eyni hiyləgər üsullarla dünyanın bir nömrəli aviasiya, kosmos və texnologiya festivalı olan “Texnofest”in böyümədən və çiçəklənmədən dayandırılması istənilir. Əlbəttə, əslində burada oxuyan, araşdıran, sorğu-sual edən, elmə və texnologiyaya maraq göstərən, ölkəsinə, millətinə aşiq olan “Texnofest” gəncləri hədəflənir.

Atatürk Hava Limanının başqa bir özəlliyi isə odur ki, kimlərsə tankların arasından qaçarkən biz burada istanbullularla birlikdə, 15 iyul dastanını yazdıq. Milli iradənin yüksəlişi olan 15 iyul qiyamından narahat olanlar hər dəfə yoldan keçəndə eyni məğlubiyyəti və məyusluğu yaşayırlar.

Ümid edirəm ki, onların kabuslarını heç vaxt bitirməyəcəyik.

Yolda yalnız millətimizlə getdiyimiz kimi, bu gün də, sabah da əziz millətimizlə yol yoldaşı olmağa davam edəcəyik.

Dünən meydanı sevgisi, şövqü, təqdiri, əzmi və idarəçiliyi ilə dolduran, girə bilməyib geri dönmək məcburiyyətində qalan bütün bacı-qardaşlarıma təşəkkür edirəm”, - deyə prezident qeyd edib..