Çinin kosmosa göndərdiyi raket Yerə qayıtdı



 17:43 08.05.2023     430

Çinin kosmosa göndərdiyi təkrar istifadə edilə bilən eksperimental kosmik gəmi Yerə qayıdıb.

Demedia.az xəbər verir ki, peyk orbitdə 276 gün qalıb. Məlumata görə, peyk ötən il Jiuquan peyk buraxılış mərkəzindən “Long March-2F” daşıyıcı raketi ilə buraxılıb. Jiuquan peyk buraxılış mərkəzinin açıqlamasına görə, raketin yerə dönməsi prosesi uğurlu alınıb.

Peykin müvəffəqiyyətlə Yerə qayıtması ölkənin təkrar istifadə edilə bilən kosmik gəmi texnologiyaları ilə bağlı araşdırmalarında mühüm irəliləyiş kimi qiymətləndirilib. Bu testin gələcək kosmik missiyaların daha rahat və sərfəli olması baxımından da əhəmiyyətli olduğu bildirilib.

Bahadur Seyidov