Kamal Dərviş dünyasını dəyişdi



 18:00 08.05.2023     559

Türkiyənin sabiq dövlət naziri, Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibi Kamal Dərviş 74 yaşında dünyasını dəyişib.

Demedia.az xəbər verir ki, Dərviş 2001-ci ildə Bülənt Ecevit hökumətində iqtisadiyyatdan məsul dövlət naziri vəzifəsini icra edib.

Dərvişin ölüm xəbərindən sonra keçmiş iqtisadiyyat naziri Məsum Türker CNN Türkün canlı yayımında açıqlamalar verib. Türkerin açıqlamaları belədir:

"Əvvəla Allah rəhmət eləsin. Ailəsinə və yaxınlarına başsağlığı, səbr diləyirəm. Hörmətli Kamal Dərviş Özgür İnsan dərgisində məqalələr yazmaqla və cənab Bülent Ecevitə məsləhətlər verməklə, xüsusən də sol mərkəz hərəkatının başlaması və demokratik sola çevrilməsi prosesində siyasi spektrdə bir yaxınlaşma və siyasi mövqe nümayiş etdirib. Sonrakı illərdə Dünya Bankına keçərək Dünya Bankında vitse-prezident vəzifəsinə qədər yüksəldi, Misir, Əlcəzair, Albaniya kimi inkişaf etməkdə olan ölkələrdə isə ciddi işlər gördü".

Aysun / Demedia.az