Xəyal kimi evlilik bitdi! - Demet Özdemir və Oğuzhan Koç boşandı



 18:31 08.05.2023     487

2022-ci ilin sürpriz sevgililəri kimi tez-tez adı hallanan aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç ötən ilin avqustunda evləniblər. Bu yaxınlarda məşhur cütlükdən kədərli xəbər gəlib.

Demedia.az xəbər verir ki, son zamanlar ayrılıqda ittiham olunan ikili sosial media hesablarından verdikləri ortaq açıqlama ilə boşanmağa qərar verdiklərini açıqlayıblar.

Özdemir ad günündə başlayan böhrandan sonra evi tərk edib. Yaxın dostlarının müdaxiləsi heç bir nəticə verməyib və cütlük boşanmaq qərarına gəlib. Oğuzhanın yeni filminin qala gecəsinə qatılmayan Demet aşılmaz fikir ayrılığını açıq şəkildə ortaya qoyub. Bunun üzərinə məşhur adlar İnstaqram hesablarından ortaq açıqlama ilə manşetlərdən düşməyən iddianı təsdiqləyiblər.

Özdemir və Koç qısa müddətli evliliklərini bitirmək qərarına gəldiklərini bu sözlərlə açıqladılar:

"Düzdür, bir müddət evliliyimizi davam etdirə bilmədik və boşanmaq qərarına gəldik. Qarşılıqlı hörmət və anlayış çərçivəsində verdiyimiz bu qərarın ailələrimizə, böyüklərimizə də təsir edəcəyini bilirik və onları incitmədən, yormadan bu prosesi ən həssas şəkildə həyata keçirmək üçün əlimizdən gələni edirik".

Aysun / Demedia.az