Gəmidə yaşayan türkiyəli məşhur...



 19:01 08.05.2023     448

Şəhər həyatından sıxılıb təbiətlə nəfəs alan, mavi dənizdə dinclik tapan məşhurların karvanına daha bir ad qoşulub.

Demedia.az xəbər verir ki, Girnedə bir oteldə musiqisevərlərlə görüşən müğənni Koray Avcı, 2021-ci ilin sentyabrında atası vəfat etdikdən sonra istifadə etməyə başladığı atası Veysel Medet Avcı üçün aldığı qayıqla dəyişən həyatından danışıb.

Koray Avcının atası Veysel Medet Avcı (55) 2021-ci ildə Ankarada ürək və böyrək çatışmazlığından müalicə aldığı Gülhane Təhsil və Araşdırma Xəstəxanasında vəfat edib. 

Girnədə verdiyi konsertdən əvvəl mətbuat mənsubları ilə görüşən Avcı: “Atam üçün qayıq almışam. Bu yelkənli qayıq özlüyündə kiçik bir evə bənzəyir. Mən indi orada yaşayıram. Yayı orada keçirəcəyəm. Atamın sayəsində o sakitlikdən həzz alıram, gözəl bəstələr bəstələyirəm və hər gün ona təşəkkür edirəm. Mən həvəskar kapitanam, amma peşəkarlıq üçün əlimdən gələni edəcəyəm".

Aysun / Demedia.az