İstanbulda nəfəs kəsən anlar! - Qayıqları batmaq üzrə idi...
Mütəşəkkil cinayət təşkilatı üzvlərinin Türkiyəyə daxil olan qeyri-qanuni mühacirləri Qara dəniz üzərindən Rumıniyaya aparmağa hazırlaşdıqları öyrənilib.
Demedia.az xəbər ki, bunun üzrəində İstanbulda əməliyyat başladılıb.
Arnavutköy Karaburun yaxınlığında qayıqları batmaq üzrə olan qeyri-qanuni mühacirlərdən bəziləri son anda xilas edilib, bəziləri isə qayıqlara minmədən meşəlik ərazidə yaxalanıb.
Tutulan 583 qeyri-qanuni mühacir deportasiya olunmaq üçün İl Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilərkən, təşkilat rəhbəri də daxil olmaqla hamısı xarici vətəndaş olan 15 şübhəlidən 11-i həbs edilib, 4 nəfər isə azadlığa buraxılıb.
Tutulan 15 təşkilat üzvünün hamısının qeyri-qanuni mühacir olduğu, onların Türkiyədə yaşamaq icazəsi olan qohumlarının köməyi ilə restoran açdıqları, restoran adı altında miqrant qaçaqmalçılığı təşkil etdikləri müəyyən edilib.
Aysun / Demedia.az