Poliplə hamilə qalmaq mümkündürmü? / Video



 15:40 09.05.2023     1019

Uşaqlıqdaxili polip uşaqlığın daxili qatı olan endometriumdan yaranan dəyişiklikdir.

Uşaqlıq daxili polip ən çox uşaqlığın fundus nahiyyəsində yaranır. Endometrial polipin yaranmasına səbəb estrogen hormonu səbəb olaraq görülür. Polip uşaqlığın daxili qatında yaranan xoş xassəli bir ət parçasıdır. Endometrial polipin xərçəngləşməsi çox nadirdir. 1000 də 3-5 xərçəngə çevrilə bilər. Qadınlarda demək olar ki, hər yaşda təsadüf edilir. Adətən menapauzadan əvvəl və menapauza dövründə daha sıx müşahidə edilir, bu toxumanın bəzi hissələrini normaldan çox böyüyərək uşaqlıq boşluğuna doğru itələndikdə polip meydana gəlir. İtələnmiş olan bu toxuma endometrium ilə elaqəsini kəsmir.

Ginekoloq Şəhla Hüseynova poliplə hamilə qalmaq mümkündürmü sualına videoda ətraflı məlumat verir

Ginekoloq Şəhla Hüseynova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:

Aysun Həsənova / DEMEDİA.AZ