"Süni intellekt dezinformasiyanın qarşısını almağı daha da çətinləşdirir"



 11:45 10.05.2023     304

“Süni intellekt saxtakarlığı aşkar etməyi və dezinformasiyanın qarşısını almağı daha da çətinləşdirir”.

Demedia.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “Apple”ın həmtəsisçisi Stiv Voznyak belə açıqlama verib. O bildirib ki, süni intellektin faydalı tərəfləri ilə yanaşı zərərli tərəfləri də var. Stiv Voznyakın sözlərinə görə, texnologiyanın "zərərli" insanlar tərəfindən istifadə edilməsi təhlükəlidir. Stiv Voznyak “zərərli” insanların süni intellektin köməyi ilə insanları daha asan aldada biləcəyi barədə xəbərdarlıq edib.

Voznyak hesab edir ki, süni intellektin duyğuları olmadığı üçün insanı əvəz edə bilməz. Lakin ChatGPT kimi proqramlar insanları son dərəcə ağıllı və inandırıcı təqlid edir.

Bahadur Seyidov