Avropa İttifaqı Ukraynaya 1 milyon top gülləsini verməyə hazırdır



 12:05 10.05.2023     315

Avropa İttifaqı Ukraynaya təcili ehtiyac duyduğu sursatları və 1 milyon top gülləsini verməyə hazırdır.

Demedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. Zelenski Kiyevdə Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyenlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, Rusiyanın hücumlarının dəf edilməsi onların məğlub edilə biləcəyinin sübutudur.  Zelenski deyib ki, Ukraynanın döyüş qabiliyyəti Rusiya ilə mübarizə aparamağa imkan verir. Ukrayna-Avropa İttifaqı münasibətlərindəki siyasi qeyri-müəyyənliyi aradan qaldırmağın vaxtının çatdığını qeyd edən Zelenskinin sözlərinə görə, Ukraynanın Avropa Biriliyinə üzvlüyü ilə bağlı danışıqların başlaması ilə bağlı müsbət qərar qəbul etməyin vaxtıdır.

Zelenski Fon der Leyenlə görüşdə Avropa İttifaqının Ukrayna kənd təsərrüfatı məhsullarına qoyduğu ixrac qadağası barədə də müzakirə apardığını qeyd edib. O bəyan edib ki, Ukrayna məhsullarına qoyulan qadağa Rusiyanın imkanlarını gücləndirəcəyi üçün qəbuledilməzdir.

Bahadur Seyidov