Şimali Koreya və Çin dostluq münasibətlərini gücləndirməkdə qərarlıdır



 12:48 10.05.2023     328

Şimali Koreya və Çin dostluq münasibətlərini gücləndirməkdə qərarlı olduqlarını bəyan ediblər.

Demedia.az xəbər verir ki, Şimali Koreyanın xarici işlər naziri Choe Son-hui Çinin Pxenyandakı yeni səfiri Vanq Yacunu qəbul edib. Məlumata görə, görüş xoş atmosferdə keçib. Görüş zamanı nazir Ço və səfir Yacun iki ölkə arasında tarixi və dostluq münasibətlərini inkişaf etdirmək əzmində olduqlarını ifadə ediblər.

Qeyd edək ki, 2021-ci ildə Çinin Pxenyandakı səfiri vəzifəsinə təyin olunan Yacun, koronavirusun yaratdığı sərhəd məhdudiyyətləri səbəbindən 2 il sonra işə başlayıb. Çin raket sınaqlarına və nüvə proqramına görə beynəlxalq sanksiyalara məruz qalan Şimali Koreyanın ənənəvi və iqtisadi müttəfiqidir.

Bahadur Seyidov