“Avropa İttifaqı NATO olmadan Avropanı müdafiə edə bilməyəcək” - Stoltenberq



 14:12 10.05.2023     324

“Avropa İttifaqı NATO olmadan Avropanı müdafiə edə bilməyəcək”.

Demedia.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O “Washington Post” qəzetinə bildirib ki, NATO Avropa Birliyi üçün mühüm müdafiə vasitəsidir. Fransa prezidenti Emmanuel Makronun Avropanın asılılığının azaldılmasına dair açıqlamaları ilə bağlı sualı cavablandıran Stoltenberqin sözlərinə görə, NATO Avropa Birliyinin müdafiə səylərini alqışlayır. “NATO-nun müdafiə xərclərinin 80 faizi Avropa Birliyindən kənar müttəfiqlərdən gəlir. Əgər NATO xəritəsinə baxsanız, şimalda Norveç, cənubda Türkiyə var, lakin təbii ki, ABŞ, Kanada və Böyük Britaniya da Avropanın müdafiəsi üçün kritik rol oynayır” - Stoltenberq deyib.

Şimali Amerika ilə Avropa arasındakı bağı zəiflətmək üçün hər hansı siyasi cəhdin təkcə NATO-nu deyil, Avropanın özünü də parçalayacağına işarə edən Stoltenberq, NATO-nun qlobal bir ittifaq olmayacağını və Asiyadan üzv qəbul etməyəcəyini də vurğulayıb.

Bahadur Seyidov