NATO Yaponiyada ofis açır



 15:48 10.05.2023     304

NATO Yaponiya ilə əməkdaşlığı gücləndirmək üçün Tokioda əlaqə ofisi açmağı planlaşdırır.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiyanın Vaşinqtondakı səfiri Tomita Koji açıqlama verib. Səfir bu istiqamətdə çalışdıqlarını bildirib. Çinin artan nüfuzu, Rusiya-Ukrayna böhranı və Şimali Koreyanın raket təhdidlərinə diqqət çəkən Tomita bildirib ki, NATO Yaponiyanı tərəfdaş ölkə kimi görür.

Qeyd edək ki, Kişida Fumio 2022-ci ildə NATO ölkələrinin liderlərinin sammitində iştirak edən ilk Yaponiya baş naziri olmuşdu. NATO-nun Yaponiyada ofis açması planları Çin tərəfindən etirazla qarşılanıb. Çin NATO-nun həmləsinin təhlükəsizliyə təhdid olduğu irəli sürüb.

Bahadur Seyidov