ABŞ Rusiyaya aid olan cəsus şəbəkəsini ifşa etdi



 15:58 10.05.2023     320

ABŞ-ın Ədliyyə Nazirliyi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə aid olan 20 illik cəsus şəbəkəsinin ifşa edildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, açıqlamada Rusiyanın 2004-cü ildən bəri 50 ölkədə yüzlərlə kompüterdən həssas məlumatlar əldə etmək üçün istifadə etdiyi qabaqcıl proqram şəbəkəsinin Federal Təhqiqatlar Bürosu tərəfindən zərərsizləşdirildiyi bildirilib. Məlumatda deyilir ki, Ədliyyə Departamenti Rusiyanın zərərli kiber fəaliyyətinə qarşı mübarizə aparmaq və zərərli proqramları zərərsizləşdirmək üçün beynəlxalq müttəfiqlər və özəl sektor tərəfdaşları ilə birgə işləyir.

Məlumata görə, Federal Təhqiqatlar Bürosu Kreml tərəfindən dəstəklənən hakerlərin istifadə etdiyi proqramın funksionallığını özünə qarşı çevirərək proqramı özünü məhv etməyə məcbur edib.

Bahadur Seyidov