Çin Tayvan ətrafında qoşun cəlb etdi



 16:25 10.05.2023     305

Tayvanın Müdafiə Nazirliyi ada ətrafında Çin 20 hərbi təyyarəsinin və 4 döyüş gəmisinin müşahidə edildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, 20 təyyarədən 15-i Tayvanın müdafiə zonası elan etdiyi ərazidə uçub. Bildirilir ki, Çinin ada ətrafındakı hərbi fəaliyyəti Tayvan ordusu tərəfindən nəzarətdə saxlanılıb.  

Qeyd edək ki, ABŞ-ın Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin ötən il səfərindən sonra Çin Tayvan ətrafında təyyarə və gəmi patrullarını artırıb. Pekin “Vahid Çin” prinsipini vurğulayaraq Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan dövlətlərin Tayvanla diplomatik əlaqələri kəsməsini tələb edir.

Bahadur Seyidov