Misirdən Suriyanın Ərəb Liqasına qayıtmasına dair açıqlama



 17:12 10.05.2023     328

"Suriyanın Ərəb Liqasına qayıtması münasibətlərdə tam normallaşma olduğu anlamına gəlmir".

Demedia.az xəbər verir ki, Misirin xarici işlər naziri Samih Şükri uzun fasilədən sonra Suriyanın Ərəb Liqasına qaytarılmasına belə münasibət bildirib. Onun sözlərinə görə, bu qərar qarşılıqlı etimadı artırmaq üçün qəbul edilib. Nazir bəyan edib ki, Dəməşqin Ərəb Liqasına qayıtması Suriya hökuməti ilə tam normallaşma və diplomatik əlaqələrin səviyyəsini yüksəltmək üçün kifayət deyil. Amerika Birləşmiş Ştatlarının Suriyaya münasibətinə də toxunan Şükri deyib:

“Hər kəs bu vəziyyəti istədiyi kimi qiymətləndirə bilər. Əvvəla, bu, ərəb məsələsidir və 10 ildir daxili qarşıdurmalara məruz qalan bir ərəb ölkəsidir. Biz bunun həllini axtarmalıyıq”.

Bahadur Seyidov