Qəzaya müdaxilə edən polis avtomobili qəzaya düşdü - Yaralılar var



 18:00 10.05.2023     441

Türkiyədə Samsunun Kavak mahalında qeyri-adi qəza baş verib.

Demedia.az xəbər verir ki, Samsun-Çorum yolunda Murat E. rəhbərliyindəki 55 AFM 426 dövlət nömrə nişanlı avtomobil yağış səbəbiylə yolda sürüşüb və qəzaya düşüb.

Qəzadan sonra avtomobilini təhlükəsizlik zolağında saxlayan Murat E. polisə zəng edərək kömək istəyib. Xəbərdarlıq üzərinə hadisə yerinə gedən polis maşını təhlükəsizlik zolağında park edib. Ardınca isə daha bir sürücü eyni yerdə idarətetməni itirib və polis maşınına çırpılıb.

Yaralılara təcili tibbi yardım maşını ilə Kavak Dövlət Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Aysun / Demedia.az