Rus ordusu pusquya düşdü - Şok görüntülər yayıldı



 18:31 10.05.2023     437

Rusiyanın Ukraynaya 15 aydır davam edən işğalı kritik günlərdən keçir.

Demedia.az xəbər verir ki, Vaqner lideri Rusiya tərəfində üsyan qaldırarkən, Ukrayna Krımı addım-addım geri almaq üçün böyük hücuma hazırlaşır.

Vaqnerin lideri Yevgeni Priqojin aylardır deyirdi ki, onun əsgərləri lazımi silah və sursatla təmin olunmayıb. Bu vəziyyət qarşısında bir müddət əvvəl üsyan bayrağını qaldıran Priqojin mayın 10-da Vaqner qoşunlarının müharibənin ən kritik bölgələrindən biri olan Baxmutdan geri çəkiləcəyini açıqladı.

Bu açıqlamadan saatlar sonra geriyə addım atan Priqojin lazımi dəstəyi verəcəyinə söz verdiyini və geri çəkilməyi ləğv etdiyini bildirib. Bundan əlavə, Böyük Britaniya bu gündən etibarən Vaqner qrupunu "terror təşkilatı" kimi araşdıracağını açıqladı.

Dünyanın gözü dünən Rusiyada keçirilən “Qələbə günü”ndə idi. Mərasim zamanı əslində parad başlayana qədər hər şey klassik şəkildə davam edirdi.

Ötən illərdə onlarla təyyarə, tank və hərbi texnikanın səhnəyə çıxdığı Qələbə günü bu il kifayət qədər sakit keçdi. Mərasimdə yalnız İkinci Dünya Müharibəsi dövründən qalma T-34-dən istifadə edilib. Rusların bu seçimi dünya mətbuatında lağ mövzusu olub.

Qırmızı Meydanda keçirilən paradda 8 minə yaxın əsgər iştirak edib ki, bu da 2008-ci ildən bəri ən aşağı göstəricidir. COVID-19-un yayıldığı 2020-ci ildə keçirilən paradda belə, paradda 13.000-ə yaxın əsgər iştirak edib. Ötən il bu rəqəm 11 min civarında olub.

Aysun / Demedia.az