Şenol Günəş "Fənərbaxça"lı ulduzu istədi - "Gözləniləni edə bilmədi..."



 19:01 10.05.2023     434

Son dövrdə Super Liqada böyük sürət qazanan ağ-qaralar transfer çalışmalarına start verib.

Demedia.az xəbər verir ki, "Fənərbaxça"da gözlənilənləri verə bilməyən ulduz futbolçunu baş məşqçi Şenol Günəşin istədiyi iddia edilib.

Şenol Günəşin rəhbərliyi altında son dövrdə bir irəliləyiş əldə edən "Beşiktaş" növbəti mövsüm adına transfer işlərinə başlayıb. Əzəli rəqibi “Fənərbaxça”nı Kadıköydə 4-2, “Vodafone Park”da isə “Qalatasaray”ı 3-1 hesabı ilə məğlub edən baş məşqçi Şenol Günəşin ağ-qara klubda diqqətini “Fənərbaxça”nın ulduzuna çevirdiyi iddia edilib.

“Fənərbağça” ilə daha 2 il müqaviləsi olan milli futbolçu gözlənilən partlayışı edə bilməsə də, bəzi matçlarda azarkeşlər tərəfindən etiraz edilib. Baş məşqçi Şenol Günəş köməkçiləri və skaut komandası ilə son transfer görüşündə belə deyib: "İrfan Can kimi oyunçulara baxaq...".

27 yaşlı futbolçu "Şenol müəllimə oyunçusuna güvən verən bir müəllimdir. Onun təcrübəsindən yararlanırıq" deyib. "Beşiktaş" İrfan Can üçün "Fənərbaxça"nın qərarını gözləyəcək. 

Aysun / Demedia.az