Qazdıqca torpaqdan almaz çıxır... - Dünya bunu danışır



 20:01 10.05.2023     562

ABŞ-ın cənubundakı Arkanzas ştatında parkı ziyarət edən hər kəsin bir məqsədi var. Dünyanın hər yerindən gələn ziyarətçilərlə dolu olan bu yer “almaz parkı” kimi tanınır.

Demedia.az xəbər verir ki, Arkanzasdakı parkın sirri 1800-cü illərə gedib çıxır.

Hər şey ABŞ-da bir gəncin təsadüfən yıxıldığı parkda almaz tapması ilə başladı. Almazı çox baha qiymətə satan gənc ətrafdakılara başına gələnləri danışıb. Parkdakı almazın sirri gündən-günə bölgəyə yayılmağa başladı, daha da önəmlisi, parkda almazla qarşılaşmaq ümidi ilə çox sayda insan ərazini ziyarət etdi. Brilyant tapma ümidi ilə axın edən bölgədə zamanla sürprizlər yaşanıb. Bura gələnlər çox nadir daşlarla rastlaşırdılar, onların az hissəsi gənc oğlan kimi brilyantlara rast gəlirdi. Bütün bunlar parkı illər boyu diqqət mərkəzində saxlamağa kifayət edirdi.

Bu unikal bölgədə təkcə almaz deyil, yaqut, sapfir kimi daşlar da var. Hətta burada qədim əşyalar da üzə çıxarmaq mümkündür.

Bu yaxınlarda Diamond Krater Parkında tapılan qiymətli daş ABŞ vətəndaşı David Andersonun tapdığı çəhrayı almaz idi. Bir neçə həftə əvvəl Andersonun tapdığı daş xəbəri eşidən hər kəsə bir daha ümid verib. David Anderson tapdığı daşı "Böyük Çirkin Almaz" adlandırdı. Anderson tapdığı 3,29 karatlıq çəhrayı almazı görəndə heyrətə gəldi, lakin bu, onun üçün ilk dəfə deyildi. Onu təəccübləndirən almazın ölçüsü idi. Andersonun kəşfindən sonra park rəsmiləri daş-qaşın parkın 37,5 hektarlıq almaz axtarış sahəsinə səfəri zamanı tapıldığını bildiriblər.

Aysun / Demedia.az