Anasının ölümünü danışdı - 6 yaşlı uşağın şok ifadəsi...



 20:32 10.05.2023     496

Türkiyədə şok cinayətin üstü açılıb.

Demedia.az xəbər verir ki, Muğlanın Yatağan rayonunda evinə benzin tökərək özünü yandırdığı iddia edilən Figen Çobanın əri Mehmet Emin Ata Çoban və qardaşı tərəfindən yandırıldığı üzə çıxıb.

Cütlüyün 6 yaşlı oğlunun ifadəsində atasının anasını yandırdığı yer alıb.

Hadisə yanvarın 21-də səhər saat 10:00 radələrində Yeşilbağcılar rayonunun Dağdibi məhəlləsində baş verib. Süleyman Çoban 112 Təcili Zəng Mərkəzinə zəng edərək xalası Figen Çobanın (40) dünyasını dəyişdiyini bildirib. Ünvana jandarma qrupları cəlb edilib.

İddianamədə Mehmet Emin Ata Çoban, qardaşı Süleyman və anası Hatice Çobanın şübhəli davranışlarının hadisənin intihar olmadığını göstərdiyi bildirilib.

Mehmet Emin Ata Çobanın hadisə zamanı sərxoş olduğu, hadisə zamanı və əvvəlki dövrlərdə həyat yoldaşına şiddət göstərdiyi, özünü aldatdığını düşündüyü iddianamədə yer alıb. Həmçinin Figen Çobanın başından aldığı zərbə nəticəsində frontal nahiyədə ekximoz əmələ gəldiyi, bu zədə səbəbindən hərəkətliliyinin məhdudlaşdırıldığı, arxası üstə uzanarkən üzərinə sürətləndirici töküldüyü, alışqan qoyulduğu bildirilib.

İddianamədə Yatağan Respublika Prokurorluğunun Ədliyyə Müsahibəsindəki ifadəsində cütlüyün 6 yaşlı oğlunun atasının anasını yandırdığını dediyi də yer alıb.

Aysun / Demedia.az