"Barselona"da bir dövrün sonu - O da gedir...



 21:32 10.05.2023     563

Barselonada daha bir dövr başa çatmaq üzrədir.

Demedia.az xəbər verir ki, 2005-ci ildə "Barselona"ya gələn ispaniyalı futbolçu Serxio Buskets mövsümün sonunda komandadan ayrılacaq.

Mövzu ilə bağlı klubun sosial media hesabından edilən açıqlamada "Barsa əfsanəsi vidalaşdı" sözləri işlədilib.

15-ci mövsümünü "Barselona A" komandasında keçirən 34 yaşlı futbolçu 718 oyuna çıxıb, 18 qol vurub, 40 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu 718 matçla Barça ilə bütün zamanların oyunçuları siyahısında da üçüncü yerdədir.

Buskets "Barselona" ilə çoxlu uğur qazanıb və onun qazanmadığı kubok yoxdur. Barça ilə 3 UEFA Çempionlar Liqası, 3 FIFA Klublararası Dünya Kuboku, 3 UEFA Super Kuboku, 8 La Liqa, 7 İspaniya Kral Kuboku və 7 İspaniya Super Kuboku qazandı.

Aysun / Demedia.az